Dünya

İstanbuldakı teraktda azərbaycanlıların kimliyi bilindi

1 Yanvar 2017 23:21
1 Şərh     Baxış: 9 745
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İstanbulda törədilmiş terror aktında yaralanan Azərbaycan vətəndaşlarının kimliyi məlum olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki,  yaralanan şəxslər Rəşad Vəliyev və Günel Həsənovadır.
 
Onların xəstəxanada müalicəsi davam etdirilir.
 
Qeyd edək ki, yanvarın 1-də yerli vaxtla saat 01.15 (Bakı vaxtı ilə 02.15) radələrində naməlum silahlı şəxs İstanbuldakı "Reina" gecə klubuna yaxınlaşaraq,  girişdə duran polis əməkdaşını və mülki şəxsi qətlə yetirib, sonra isə içəri daxil olaraq oradakı insanlara atəş açıb. Hücum zamanı gecə klubunda Yeni il bayramını qeyd edən  600-dək insan olub. Nəticədə 39 nəfər ölüb, 65 yaralı var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.