Dünya

Gürcüstanda dəhşətli qəza: 5 gənc öldü

1 Yanvar 2017 15:04
2 Şərh     Baxış: 2 261
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rustavidə qəzaya uğrayan avtomobildə partlayış baş verib, 5 gənc yanaraq ölüb.

Bu gün səhər saatlarında Rustavi şəhərində sürətlə hərəkət edən minik avtomobilinin sürücüsü idarəetməni itirərək qəza törədib.
 
Milli.Az APA-ya istinadən xəbər verir ki, BMW markalı  avtomobil şəhərin mərkəzində memoriala çırpılıb.
 
Nəticədə avtomobildə partlayış baş verib, yanğın başlayıb. Hadisə şahidlərinin APA-ya verdiyi məlumata görə, avtomobildə olan 5 gənc yanaraq ölüblər. Hazırda gənclərin kimliyi araşdırılır. Hadisə yerinə yol-patrul xidməti və yanğınsöndürmə briqadası gəlib.
 
Hadisənin başvermə səbəbləri araşdırılır. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.