Dünya

Qırğızıstanda referendum BAŞ TUTDU - YENİLƏNİB

11 Dekabr 2016 16:46
0 Şərh     Baxış: 9 421
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

16:46

Qırğızıstanda Konstitusiyasına düzəlişlər edilməsi ilə bağlı keçirilən referendum baş tutub.

Milli.Az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Mərkəsi Seçki Komissiyası bildirib.

Məlumatda qeyd edilir ki, səsvermədə 30% çox seçici iştirak edib.

----------

09:41

Qırğızıstan Konstitusiyasına düzəlişlər edilməsi ilə bağlı ümumxalq səsverməsi (referendum) keçirilir. Səsvermə məntəqələri yerli vaxtla saat 8.00-da açılıb.

Milli.Az-ın AZƏRTAC-a istinadən verdiyi məlumata görə, ölkə qanunlarına əsasən, seçki hüququ olan vətəndaşların 30 faizindən çoxu səs verdikdə referendum baş tutmuş sayılır.

Milli Məclisinin deputatı Musa Quliyev referendumun gedişini MDB və TürkPA missiyası tərkibində izləyir. Azərbaycan Mərkəzi Seçki Komissiyasının nümayəndələri Qabil Orucov, Elşən Əskərov, Arifə MuxtarovaKəmalə Əliyeva da müşahidəçilər arasındadır.

Xatırladaq ki, Qırğızıstan müstəqilik əldə etdikdən sonra Konstitusiyaya indiyədək yeddi dəfə düzəliş olunub.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.