Dünya

Ukrayna Qarabağdakı "aprel döyüşləri"ndən BƏHRƏLƏNƏCƏK

10 Dekabr 2016 20:31
2 Şərh     Baxış: 2 918
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukrayna Müdafiə Nazirliyi Azərbaycanın nümunəsindən çıxış edərək kamikadze-dronlarla silahlanmağa hazırlaşır.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bu haqda Ukrayna mətbuatı yazır. Bildirilir ki, Ukrayna Müdafiə Nazirliyi pilotsuz uçan döyüş sistemlərinin hərbi əməliyyatlarda tətbiqinin effektiv olduğu qənaətinə gəlib. "Məsələn, Qarabağda apreldə gedən döyüş əməliyyatlarında Azərbaycan İsraildən aldığı "Harop" pilotsuz döyüş aparatlarını böyük uğurla tətbiq edib. Bu pilotsuz aparatla ermənilərin azı bir avtobusunun və artilleriya mövqeyinin vurulduğu məlumdur"-Ukrayna KİV-ləri xatırladır.

Məlumata görə Ukrayna Polşanın istehsalı olan "Los" pilotsuz döyüş aparatlarını almaq üçün danışıqlar aparır. Bu, "Harop"ların analoqudur.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.