Dünya

Ərdoğanın səlahiyyətlərinin artırılması üçün 330 səs lazımdır

9 Dekabr 2016 20:21
0 Şərh     Baxış: 1 128
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın səlahiyyətlərinin genişləndirilməsi ilə bağlı səsvermənin 2017-ci ilin əvvəlində keçirilməsi gözlənilir.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə baş nazirinin müavini Nurəddin Canikli "Haber" telekanalına intervyusunda bildirib.

"Təxminimə görə, referendum gələn ilin mart-aprel, hətta may aylarında baş tutacaq. Hakim AK partiya bu gün parlamentə lazımi qanun layihəsini təqdim edəcək", - N.Canikli vurğulayıb.

Qeyd edək k, qanun layihəsinin qəbulu üçün Türkiə Böyük Millət Məclisinin (TBMM) 550 deputatından 330-u lehinə səs verməlidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.