Dünya

Berluskoni xəstəxanaya düşdü

7 Dekabr 2016 15:50
0 Şərh     Baxış: 699
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İtaliyanın sabiq baş naziri, "İrəli, İtaliya" partiyasının lideri Silvio Berluskoni Milanın "San Raffaele" xəstəxanasına yerləşdirilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, buna səbəb kimi 80 yaşlı siyasətçinin ürək döyüntüləri ilə bağlı probleminin olması göstərilir.

Həkim Alberto Canqrilyo S.Berluskoninin tezliklə evə buraxılacağını deyib.

Xatırladaq ki, cari ilin iyununda sabiq baş nazir aorta qapağının dəyişdirilməsi üçün əməliyyat olunmuşdu.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.