Dünya

Rusiyadan SON SÖZ: "Şəhərdə qalanların hamısı öldürüləcək"

7 Dekabr 2016 15:44
1 Şərh     Baxış: 2 982
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Suriyanın Hələb şəhərinin şərq hissəsində atəşkəs barədə heç kimlə danışıqlar aparılmayacaq.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu haqda Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, şəhərin şərq hissəsində "Ən-Nüsra" Cəbhəsi ətrafında birləşən döyüşçülər qalıb. "Bunlar terrorçulardır", - deyə Peskov vurğulayıb.

Kremlin sözçüsü xatırladıb ki, yüzə yaxın yaşayış məntəqəsində olan müxtəlif qruplar atəşkəs rejiminə qoşulublar.

Daha əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov Hələbi tərk etməyən müxalifət güclərinin "terrorçu" hesab ediləcəyini söyləyib. Lavrov Hələbdə son müxalifət döyüşçüsü qalana kimi Suriya ordusunu dəstəkləyəcəklərini bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.