Dünya

Binəli Yıldırım 100 milyarddan danışır

7 Dekabr 2016 14:17
0 Şərh     Baxış: 1 264
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Ankara və Moskva əməkdaşlığın bütün sahələrində məhdudiyyətləri aradan qaldırmaq niyyətindədir".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu RİA Novosti agentliyinə müsahibəsində Türkiyənin baş naziri Binəli Yıldırım deyib.

Ötən gün rusiyalı həmkarı Dmitri Medvedevlə görüşü barədə danışan B.Yıldırım ölkələr arasında ticarət, turizm, energetika sahələrində münasibətlərin ötən ilki səviyyəyə çatdırılması barədə müzakirənin aparıldığını deyib:

"Biz qarşımıza ticarət dövriyyəsinin 100 milyard dollara çatdırılmasını hədəf qoymuşuq və çalışacağıq ki, iki dövlət arasında münasibətlərdə normallaşma prosesi sürətlənsin".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.