Dünya

Rioda etiraz aksiyası polis ilə qarşıdurmaya çevrildi

7 Dekabr 2016 13:41
0 Şərh     Baxış: 578
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rio-de-Janeyronun polisi büdcə vəsaitinin qənaətinə dair hakimiyyətin planlarına qarşı çıxan yüzlərlə insana qarşı gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edib.  

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, etiraz aksiyasının iştirakçılarının əksəriyyəti dövlət qulluqçularıdır. 

Etiraz aksiyasının iştirakçıları büdcə xərclərinin ixtisarına dair müzakirələrin aparılacağı Milli Assambleyanın binasının qarşısına gəliblər. 

BBC müxbirinin Rio-de-Janeyrodan verdiyi xəbər görə, bir neçə polis şəhərin kilsələrində gizlənərək etiraz aksiyasının iştirakçılarına rezin güllələrlə atəş açıb. 

Yerli KİV-in məlumatına görə, qarşıdurma nəticəsində səkkiz polis yüngül xəsarət alıb, dövlət qulluqçularından biri gözyaşardıcı qazdan zərər çəkib. 

Bir çox şəhər mağazaları aksiya öncəsi bağlanıb, bir çox dövlət işçiləri üçün iş günü qısaldılıb. 

Braziliya hakimiyyəti 5 milyard dollardan artıq olan Rio-de-Janeyro ştatının büdcə çatışmazlığını azaltmaq məqsədilə sosial proqramları ixtisar etməyə və pensiyaların azaldılmasını, eləcə də ictimai nəqliyyatda gediş haqqının bahalaşdırılmasını planlaşdırır. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.