Dünya

"Dövlət Duması tərəfindən “Türk axını”nın ratifikasiya ediləcəyini gözləyirik"

5 Dekabr 2016 23:09
0 Şərh     Baxış: 1 016
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rəsmi Ankara "Türk axını" layihəsi üzrə hökumətlərarası sazişi ratifikasiya edib və hazırda Rusiya Dövlət Dumasından analoji addımın atılmasını gözləyir.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Moskvaya səfəri ərəfəsində Türkiyənin baş naziri Binali Yıldırım bəyan edib.
 
"Bildiyiniz kimi, ötən həftə Türkiyə parlamenti "Türk axını" layihəsinin həyata keçirilməsinə dair sazişi ratifikasiya edib. İndi gözləyirik ki, Duma eyni addımı atsın", deyə B.Yıldırım bildirib.
 
Baş nazir Rusiya qazının endirimi ilə bağlı həll olunmamış məsələyə də toxunub: "Bu köhnə mövzudur. Əvvəllər də bununla bağlı müzakirələr aparılıb. Səfər çərçivəsində bu məsələ  Energetika nazirlərinin diqqət mərkəzində olacaq".
 
B.Yıldırım qeyd edib ki, Rusiyada aparılan danışıqlarda təyyarə qalmaqalından sonra rəsmi Moskva tərəfindən tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması əsas mövzulardan biri olacaq.
 
Qeyd edək ki, Türkiyənin baş naziri Binali Yıldırım rusiyalı həmkarı Dmitri Medvedevin dəvəti ilə Rusiyaya səfər edəcək. Moskvadan başqa baş nazir Kazana səfər edəcək, Tatarıstan rəhbərliyi ilə  görüşəcək. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.