Dünya

Rusiyanın daha bir qırıcısı suya düşdü - FOTO

5 Dekabr 2016 14:46
0 Şərh     Baxış: 3 437
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya Hərbi-Dəniz Qüvvələrinə məxsus "Admiral Kuznetsov" aviadaşıyıcı cəmisində daha bir qəza baş verib.

Milli.Az European-a istinadən bildirir ki, nüfuzlu aviasiya jurnalisti Devid Sensiotti "The Aviationist" bloqunda bildirib ki, Rusiyanın Suriya sahillərinə, Aralıq dənizinə yolladığı aviadaşıyıcı qruplaşmada ikinci qırıcı təyyarə qəzaya uğrayaraq dənizə düşüb.

Su-33 qırıcısı "Admiral Kuznetsov"un göyərtəsinə enərkən suya düşüb. Təyyarəçi katapultadan istifadə edib və onu xilasetmə helikopteri dalğalardan çıxarıb.

Su-33 qırıcısı eniş üçün ikinci cəhddə suya düşüb. Bu zaman hava şəraiti yaxşı idi.

Noyabrın 14-də "Admiral Kuznetsov"da MiQ-29KR qırıcısı qəzaya uğruyaraq dənizə düşmüşdü.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.