Dünya

İrandan ABŞ-a "simmetrik" QADAĞA

4 Dekabr 2016 11:43
0 Şərh     Baxış: 2 128
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İran parlamenti ABŞ istehsalı geniş yayılmış mallarının idxalının qadağan olunması haqqında qanun qəbul edib.  

APA-nın "TASS"a istinadən verdiyi xəbərə görə, bu barədə İran televiziyası xəbər yayıb.
 
Məlumatda bu addımın ABŞ Konqresində İrana qarşı sanksiyaların müddətini daha 10 il müddətinə uzadılması qərarına simmetrik cavab olduğu bildirilir.   
 
Deputatlar qanun layihəsini yekdilliklə  qəbul ediblər.  
 
Qeyd edək ki, ABŞ prezidenti Barak Obama Konqresin hər iki palatasının İrana qarşı qəbul etdiyi sanksiyaların 10 il uzadılmasına dair qanunu imzalamaq niyyətində olduğunu bildirib.
 
1996-cı ildə İranın nüvə proqramına qarşı qəbul edilən qanunun icrasının müddəti bu ilin dekabrında bitir.   

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.