Dünya

Rusiya maliyyə-bank sektoruna hücum hazırlanır

3 Dekabr 2016 08:41
0 Şərh     Baxış: 896
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) təcili xəbərdarlıqla çıxış edib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, FTX xarici xüsusi xidmət orqanları tərəfindən Rusiyanın maliyyə sisteminə qarşı irimiqyaslı haker hücumları planlaşdırıldığını açıqlayıb.
 
"Rusiya Federal Təhlükəsizlik Xidməti xarici xüsusi xidmət orqanları tərəfindən Rusiya Federasiyasının maliyyə sisteminin, o cümlədən bir sıra böyük bankaların fəaliyyətini pozmağa yönəlmş irimiqyaslı haker hücumları hazırlandığı barədə informasiya əldə edib. Hücumlar 5 dekabr 2016-cı ildən başlaya bilər", - deyə açıqlamada bildirilir.
 
Bəyanatda deyilir ki, bu cür hücumlar üçün serverlər və komanda mərkəzləri Hollandiya ərazisindədir və Ukraynanın "BlazingFast" hostinq şirkətinə məxsusdur. Hücumların onlarla Rusiya şəhərinə qarşı həyata keçirilməsi planlaşdırılıb.
 
FTX Rusiyanın iqtisadi və informasiya təhlükəsizliyini təmin etmək üçün lazımi tədbirlərin görüldüyünü bəyan edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.