Dünya

Məşhur mafioz tutuldu: üstündən çıxanlar polisi ŞOK ETDİ

2 Dekabr 2016 13:19
1 Şərh     Baxış: 2 838

İtaliya polisi illərdir axtardığı "Rəqqas" ləqəbli Marsello Pesceni bir qəsəbədə gizləndiyi evdə tutub. 

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, İtaliyada illərdir axtarılan mafiya lideri Marsello Pesce dünən həbs edilərkən evində axtarış aparan polis maraqlı mənzərəylə qarşılaşıb. Mafiozun evinə baxış zamanı Jan-Pol Sartr, Alber Kamyu, Marsel Prust və Qabriel Qarsiya Markes kimi dünyaca məşhur yazarların əsərləri tapılıb.

BBC-nin xəbərinə görə, "Rəqqas" ləqəbli 52 yaşlı Marsello Pesce İtaliyanın cənubundakı Kalabria bölgəsində yaranan "Ndrangheta" mafiyasının ölkənin şimal bölgəsində yayılmasını təmin edən şəxslərdən biri olub.

Qeyd edək ki, 2010-cu ildən bəri qaçaq olan və haqqında 16 il həbs qərarı çıxarılan Marsello Pesce illərlə davam edən axtarışların ardından dünən səhər 5 radələrində Kalabria bölgəsindəki Rosarno qəsəbəsində tutulub.

Pescenin gizləndiyi evə basqın edən polislərdən biri mafiozun üstündə silah yerinə kitab görərkən düşdüyü vəziyyəti dilə gətirib: "Bizim üçün ən böyük sürpriz Pescenin kitablarını tapmaq oldu".

Təhməz Təkin

Milli.Az

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Emi · 2 Dekabr 14:2710

    Mafiozinin mutalieni sevmesi teeccublu deyil,kimleri mutalie etmesi teeccubludur.Onun zovqune heyran oldum.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.