Dünya

"Ölü" nəzarətçidən yorğan istədi

2 Dekabr 2016 10:54
5 Şərh     Baxış: 2 709
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az technote.az-a istinadən xəbər verir ki, 25 yaşında əslən Polşadan olan Kamil adındakı gənc həddindən çox qəbul etdiyi spirtli içkidən sonra özünü morqda, yarıçılpaq yatarkən tapıb.

Heç kimə "spirtli içki iyrənc bir şeydir, qətiyyən istifadə etməyin" kimi bir şey demək bizim həddimizə deyil, amma bu Kamil kimi içməyin də mənası yoxdur. 25 yaşındakı Polşalı Kamil həddindən artıq içdiyi spirtli içkidən sonra elə bir yuxuya gedib ki, səhər olanda həm ətrafındakılar, həm də təcili yardım işçiləri onun öldüyünü zənn ediblər - çox güman ki, o anda nəbzi həddindən çox zəif atırmış, çünki tibb işçilərinin belə bir səhv edə biləcəklərini sanmıram.

Ayıldığında özünü morqda, yarıçılpaq bir şəkildə tapan Kamil soyuqdan haradasa buz tutan bədənini isitmək üçün o anda otaqda olan təhlükəsizlik işçisindən yorğan istəyib. Başqa bir mühitdə olsa, normal olaraq çox insani bir istək olardı, amma o təhlükəsizlik işçisinin yerində də olmaq istəməzdim.

Həkimlər bir qədər tibbi testdən keçirdikdən sonra Kamili evinə yola salıblar. Düşünürəm ki, Kamil bundan sonra içki içəcəksə də "qaydasında" içəcək, yoxsa gələn dəfə özünü morqdan bir sonrakı məkan olan tabutda tapa bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.