Dünya

Tailandın yeni kralı var - VİDEO - FOTO

2 Dekabr 2016 10:44
0 Şərh     Baxış: 2 246

Tailandın mərhum kralı Pumipon Adulyadetin yeganə oğlu və varisi şahzadə Maha Vaçiralonqkorn ölkənin yeni kralı olmaqla bağlı parlamentin təklifini qəbul edib.

Milli.Az The Bangkok Post-a istinadən bildirir ki, dünən o, taxta çıxıb.

"Dəvəti qəbul edirəm və Tailand xalqının rifahı, səadəti naminə kral səlahiyyətlərini icra edəcəyəm", - yeni kral deyib.

Bundan sonra Tailandın baş naziri Prayut Çan-Oça formal prosedurların başa çatdığını deyib: "Tailandın artıq yeni kralı var".

Beləcə, Maha Vaçiralonqkorn ​Bodintharathepphayavaranqkun Çakri (10-cu Rama) sülaləsindən 10-cu kral oldu.

Kral Mahanın tacqoyma mərasimi gələn ilin payızında, mərhum kral Pumiponun kremasiyasından sonra keçiriləcək.

Kral Pumipon Adulyadet (9-cu Rama) oktyabrın 13-də, 89 yaşında vəfat edib. 1946-cı ildən taxtda olan kralın dönəmində Tailandda absolyut monarxiya təkamül edərək konstitusiyalı monarxiya olmuşdu.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Taylandın yeni kralı var

Məqaləyə dair fotomateriallar:

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.