Dünya

İŞİD-dən görünməmiş vəhşilik: 650 min insan əzabla ölə bilər - FOTO

2 Dekabr 2016 12:23
11 Şərh     Baxış: 3 800
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"İraq və Şam İslam Dövləti" (İŞİD) misli görünməmiş qəddarlığı, cəlladlığı ilə tanınsa da, yeni vəhşiliyə əl atıb. Terror təşkilatı hələ də əlində saxladığı Mosul şəhərinin içməli su sistemini darmadağın edib.

Milli.Az Al Arabiya-ya istinadən bildirir ki, İraqın Nineviya vilayətindəki Mosul şəhəri 2014-cü ildən bəri İŞİD-in nəzarətindədir.

Şəhərin terrorçulardan azad olunması üçün döyüşlər gedir.

İŞİD Mosulun "müdafiəsini gücləndirmək" adı ilə şəhərin içməli su sistemini darmadağın edib. Nəticədə 650 min insan içməli sudan məhrum olub.

Üstəlik, İŞİD terrorçuları sakinlərin şəhərdən qaçmalarının qarşısını almaq üçün cəza tədbirlərinə başlayıblar. Mosulda kütləvi edamların sayı dəfələrlə atıb.

Srağagün isə terrorçular 15 uşağı "şəhərdən qaçmağa, xəyanət etməyə cəhd"ə görə güllələyiblər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.