Dünya

ABŞ Senatı İrana qarşı sanksiyaları daha 10 il müddətinə uzadıb

2 Dekabr 2016 08:24
0 Şərh     Baxış: 882
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Senatı İrana qarşı sanksiyaların daha 10 il müddətinə uzadılmasını nəzərdə tutan qanun layihəsini qəbul edib.  

APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, senatorların əksəriyyəti sənədi dəstəkləyib.
 
Qeyd edək ki, ABŞ Nümayəndələr Palatası noyabrın 16-da İrana qarşı sanksiyaların daha 10 il müddətinə uzadılmasına səs verib.  Nümayəndələr Palatasının 419 üzvü sanksiyaların uzadılmasını dəstəkləyib. Cəmi bir nəfər sənədin əleyhinə çıxış edib.
 
Qanun layihəsi imzalanması üçün ABŞ prezidenti postunu yanvarın 20-də təhvil verəcək Barak Obamaya təqdim ediləcək.
 
Yeni layihə dekabrın 31-də qüvvədən düşəcək hazırkı qanunla eynidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.