Dünya

Polşa prezidentinin təyyarəsində texniki nasazlıq

1 Dekabr 2016 21:32
0 Şərh     Baxış: 443

Vrotslav hava limanında eniş zamanı Polşa prezidenti Anjey Dudanın təyyarəsində texniki nasazlıq baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, İsveçə rəsmi səfərdən qayıdan prezident ötən gün "Rudna" şaxtasında zəlzələ nəticəsində ölən 6 mədənçini yad etmək üçün Vrotslava getməyi qərara alıb. Təyyarənin göyərtəsində prezidenti səfər zamanı müşayiət edən jurnalistlər də olub.       
 
"Radio Wrocław"ın məlumatına görə, eniş zamanı "təyyarənin kompüter sistemi"ndə nasazlıq yaranıb. İnsident zamanı xəsarət alan olmayıb. Anjey Dudanın artıq faciənin baş verdiyi şaxtaya baş çəkdiyi bildirilir. Onun jurnalistlərlə birlikdə Varşavaya başqa təyyarə ilə yola düşəcəyi qeyd olunur.
Milli.Az

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.