Dünya

Neftin qiyməti sürətlə bahalaşır

1 Dekabr 2016 21:09
1 Şərh     Baxış: 1 904

Dünya bazarlarında "qara qızıl"ın qiyməti bahalaşmaqda davam edir.

Milli.Az oxu.az-a istinadən bildirir ki, ICE London birjasında Brent markalı neftin bir barelinin qiyməti 4,18% bahalaşaraq 54,1 dollara satılıb.

Sonuncu dəfə Şimal dənizi neft qatışığının qiyməti 2015-ci ilin oktyabr ayında 54 dollarlıq həddi keçmişdi.

Qeyd edək ki, OPEK-in bu gün Vyanada keçirilən sammitində təşkilata daxil olan ölkələrin ümumi neft hasilatının gündəlik 1,2 mln. barel azaldılması barədə qərar qəbul edilib.

Milli.Az

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

1 Şərh:

  • Anonim
    *** · 1 Dekabr 21:4600

    bəlkə hər halda "neft bahalaşır" və ya 'neftin qiyməti qalxır"?...

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.