Dünya

Gülnarə Kərimovanın oğlu: "Bizi öldürmək istəyirlər" - FOTO

1 Dekabr 2016 20:17
3 Şərh     Baxış: 1 541

"Həyatımdan qorxduğuma görə Özbəkistana gedə bilmirəm".

Bunu keçmiş Özbəkistan prezidenti İslam Kərimovun eyni adlı nəvəsi babasının ölümündən 3 ay sonra BBC radiosunun Özbəkistan xidmətinə müsahibəsində deyib.

İslam deyir ki, anası Gülnarə Kərimova Daşkəntdə hələ də ev dustağıdır və babasının ölümündən sonra ona təzyiqlər daha da artıb.

Onun sözlərinə görə, xüsusi xidmət məsələni başqa cür qələmə vermək üçün zahirən anasına bənzər bir qadını, onun kimi geyindirərək maşınla şəhərdə gəzdirir.

"Çox güman ki, onu zəhərləmək istəyirlər..."

"Anama hazırda Yəhya Qulamova küçəsindəki evdə saxlayırlar. Onun xaricə getməsi və ya şəhərdə gəzməsi barədə söz-söhbətlər yalandır. Anamı ev dustaqlığında saxlayanlar nənəmin adamlarıdır.

Onlar anamın azadlığa çıxmasını istəmirlər, çünki onda hər şey açılacaq və onlar bir çox məsələlərə cavab verməli olacaqlar. Heç kim bizim və ətrafımızdakıların başına gələnlərə cavab tapa bilmir. Heç bir qanuni ittiham yoxdur", deyə İslam bildirir.

İslam deyir ki, sentyabrın 2-də babasının ölümündən sonra sosial şəbəkələrdə anası Gülnarə Kərimovanın adından peyda olan hesabların hamısı saxtadır.

"Tvitter və İnstaqramda anamın adından yaradılan bütün səhifələr , orda anamın adından çəkilən qollar və şəkillər saxtadır, bütün şəkillər fotoşop yolu ilə dəyişdirilir".

"Onunla birbaşa əlaqəm yoxdur"

İslam deyir ki, anası Gülnarə Kərimova ətraf aləmdən tam təcrid olunub. Evə yaxınlaşmaq, onu görmək istəyən admsa dərhal həbs olunaraq milli təhlükəsizlik idarəsinin təcridxanasına aparılır.

İslam deyir ki, anası ilə birbaşa əlaqəsi yoxdur, onu yalnız ayda bir dəfə, 18 yaşlı bacısı İman görə bilir.

"Bacım hazırda "Türkistan" hotelində yaşayır.Fevralda onu anamdan ayırıb ora aparıblar. O sərbəst gəzə bilsə də yatanda mütləq bu hotelə dönməlidir, anamsız heç yana gedə bilməz. Onu ölkədən buraxmaq istəyirlər, amma bacım anamsız heçara getmək istəmir. Çünki getsə və anım başına bir iş gəlsə, şahid olmayacaq. Mənim anamla əlaqəm yoxdur və əgər onun başına bir iş gəlsə, bunu yalnız bacım biləcək", deyə islam bildirir.

"Dağdan yıxılaraq ölüblər"

İslam deyir ki, təhlükəyə görə babasının dəfninə getməyib.

"Mənim babam, anam və bacımdan başqa yaxın adamım olmayıb. Amma başa düşürdüm ki, getsəm, hamımızı məhv edəcəklər. 2-3 dəfə insanlar, təhlükəsizlik xidmətinin əməkdaşları və ailə üzvlərindən eşitmişəm ki, getsəm üçümüzü də aradan götürəcəklər. Anamla bacıma ona görə dəymirlər ki, mən burdayam .Əgər üçümüz də orda olsaq, yoxa çıxardıq və 5-6 ildən sonra məsələn deyərdilər ki, dağdan yıxılıblar", İslam deyir.

Xatırladaq ki, Özbəkistanın baş prokurorluğu iki il əvvəl prezident İslam Kərimovun böyük qızı Gülnarə Kərimovaya qarşı korrupsiya, mütəşəkkil cinayətkarlıq və fırıldaqçılıqla bağlı rəsmi ittihamlar irəli sürüb.

Bundan sonra o, ev dustağı edilib və son ildə onun taleyi barədə heç bir məlumat verilməyib.

Bu cinayət işi, AzadlıqRadiosu Özbəkistan xidmətinin də iştirak etdiyi jurnalist araşdırmalarından sonra başlanıb və işin bir uçu İsveçrə, İsveç, Fransa, Niderland və Birləşmiş Ştatlara gedib çıxıb.

Bu ölkələr də Gülnarə Kərimovanı iri telekommunikasiya şirkətlərindən milyard dollardan artıq rüşvət götürməkdə ittiham edirlər.

Hazırda müxtəlif ölkələrdə Gülnarə Kərimovaya məxsus milyard dollardan artıq vəsait dondurulub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

3 Şərh:

  • Anonim
    QQ · 1 Dekabr 21:0102

    Pisik et meselesi olmasin tupurum o milyardlara ki indi o miltardlara gore butun aile bir -birine dusmene cevrilib .Guvenilecek bir yaxinlari yoxdu .Qorxa qorxa yasayirlar Usaqlarin heresi bir terefde ana bir terefde Her deqiqe oldurule bileceyi qorxusu ile .

    Cavab yaz
  • Anonim
    Solmaz · 1 Dekabr 21:4520

    Bele şeyleri oxuyanda kasıb olduğuma göre sevinirem,seviniremki, ne yaxşı ki,kasıbıq,ne yaxşıkı ailelikce sapasağlam ,qorxusuz filansız bir yerdeyik.Şükür ilahi....Amin

    Cavab yaz
  • Anonim
    QQ · 1 Dekabr 22:1601

    Beli Solmaz xanim ,bele varli olmagi hec dusmene de arzulamaram .Pul ,milyardlar dogmalari nece qati dusmene cevirib .Beli sukur ki adi ,sade insanlariq Sevdiyimiz dogmalarimiz var onlar da bizi sevirler Sukur Allaha .Rahat yatib rahat geze bilirik insan kimi.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.