Dünya

Ermənistan Avropada ən çox silahlanmış ölkədir

1 Dekabr 2016 20:14
11 Şərh     Baxış: 3 944

Ermənistan dördüncü ildir ki, Avropada ən çox silahlanmış ölkə hesab olunur.

"Global Militarisation Index"- Bonn Beynəlxalq Konversiya Mərkəzinin beynəlxalq silahlanma indeksinə dair 2016-cı il üçün hesabatında belə deyilir.

Hesabatda, Ermənistandan sonra Rusiya, Kipr, Yunanıstan və Azərbaycan gəlir.

Milli.Az azadliq.org-a istinadən bildirir ki, Azərbaycan əvvəlki hesabatda Avropada 4-cü yerdə idi.

Sonrakı yerlərdə Belarus, Ukrayna, Türkiyə, Finlandiya və Estoniya gəlir.

152 ölkəni əhatə edən hesabat hər min nəfər əhaliyə düşən hərbçilərin sayına, hərbi xərclərin ÜDM-ə nisbətinə, hərbi xərclərin səhiyyə xərclərinə nisbətinə, həmçinin ordunun və ağır silahların sayına görə müəyyən edilir.

Ümumilikdə isə Azərbaycan dünyada bu göstəriciyə görə hazırda 9-cu yerdə gəlir, bir il əvvəlsə 8-ci idi.

2007-2009-cu illərdə Ermənistan silahlanmanın səviyyəsinə görə dünyada 8-ci, 2010-2012-ci illərdə 4-cü, 2013-cü ildən başlayaraq isə dünyanın 3 ən çox silahlanmış dövləti sırasında yer alır.

Dünya üzrə siyahıya İsrail başçılıq edir,ondan sonra Sinqapur və Ermənistan gəlir.

Sonrakı yerləırdə isə İordanya, Rusiya, Koreya respublikası, Kipr,Yunanıstan, Azərbaycan və Bruney gəlir.

Milli.Az

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

11 Şərh:

  • Anonim
    1988 · 1 Dekabr 20:2230

    Başa düşmedim qirilmişlarda silah,coxdu neinki bizde?

    Cavab yaz
  • Anonim
    asef sahbazov · 1 Dekabr 20:3410

    pulari artiq dusub

    Cavab yaz
  • Anonim
    asef sahbazov · 1 Dekabr 20:3410

    retdolsunlar

    Cavab yaz
  • Anonim
    şərh · 1 Dekabr 20:5040

    yəqin ermənistanda neft quyuları fontan verir da bizdə yox ki. eyib etməz hələlik bizi allah qorusun. vaxt gələr özümüz qoruyarıq.

    Cavab yaz
  • Anonim
    Aydlndl · 1 Dekabr 20:5810

    Nisbetde hesablanlb hecmde yox

    Cavab yaz
  • Anonim
    Esko · 1 Dekabr 21:0510

    Silahı Hansı pulnan alır ermənilər Rusiyanın maraqları var deyə öz silahın çökürdüb ermənistana özlərinə qismət olsun birbirlərini qlrsınlar İnşallah

    Cavab yaz
  • Anonim
    mən · 1 Dekabr 21:0620

    Əhalinin sayına və ərazisinə görə silahlanma artıqdır.O silahları işlətmək üçün canlı qúvvə və mütəxəssislər olmalıdır,o da ki ,onlarda çox azdır.Bax belə.

    Cavab yaz
  • Anonim
    777 · 1 Dekabr 21:2010

    Ermenistan ehalisinin sayi azalarsa silahlanma seviyyesi artacaq. Nisbi anlayisdir.

    Cavab yaz
  • Anonim
    Supka · 1 Dekabr 21:4320

    Dushmeni hec zaman kucumsemek olmaz,

    Cavab yaz
    • Anonim
      qabil · 1 Dekabr 21:5520

      duzdur bunların allah belasın versin

      Cavab yaz
  • Anonim
    Zaur · 6 Dekabr 10:5600

    Ermenistan avropada en silahlanmis olkedi bizde dunyada en silahlanmis olkeler sirasinda 9 cu yuy

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.