Dünya

Çavuşoğlu: "Türkiyənin Suriya ilə bağlı hədəfi..."

1 Dekabr 2016 15:26
0 Şərh     Baxış: 881
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Türkiyə Suriyanın İŞİD terror təşkilatından tamamilə təmizlənməsini qarşısına hədəf qoyub".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konfransında deyib.

Nazirin sözlərinə görə, türk ordusu məhz bu məqsədlə Suriya ərazisindədir.

O deyib: "Lakin biz hesab edirik ki, Suriyada siyasi sabitlik təmin olunmayana qədər terror təhlükəsini aradan qaldırmaq mümkün olmayacaq. Biz Suriyada sabitliyin bərqərar olmasını Əsəd hökuməti olmadan görürük. Bu məsələdə bizim Rusiya ilə mövqeyimiz fərqlənir. Amma bəzi məsələlərdə yanaşmaların fərqlənməsi normaldır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.