Dünya

Türkiyə ilə viza rejiminin ləğvi üçün Lavrovun şərtləri

1 Dekabr 2016 15:17
0 Şərh     Baxış: 1 396

"Sanksiyaların ləğvi məsələsində mərhələ-mərhələ irəliləyirik. Hazırda münasibətlərin inkişafı üçün heç bir əngəl yoxdur".

Mili.Az APA-ya istinadən xəbər verir ki, bu sözləri Antalyada türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşdən sonra keçirilən mətbuat konfransında Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. O bildirib ki, Rusiyanın Türkiyədən idxal olunan məhsullarla bağlı tələbi həmin məhsulların sağlamlıq standartlarına uyğun olmasıdır: "Türkiyənin səlahiyyətli şəxslərindən istehsalçılarla bu barədə iş aparmalarını istədik. Qida məhsulları standartlara uyğun olmalıdır".   
 
Rusiyanın Türkiyəyə tətbiq etdiyi viza rejimi ilə bağlı məsələyə toxunan S. Lavrov qeyd edib ki, viza rejiminin ləğvi üçün təhlükəsizliklə bağlı bəzi məsələlərin həlli lazımdır: "Konsulluqlar vasitəsilə iş davam edir. Əminəm ki, yaxın vaxtlarda konkret addımlar atılacaq. Xarici ticarət həcmi də artacaq. Xarici ticarət dövriyyəsinin azalması təkcə sanksiyalarla əlaqəli deyil, həm də xammalın qiymətinin düşməsi ilə əlaqədardır".  

Milli.Az

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.