Dünya

Çavuşoğlu: "Rusiyanın Qarabağ mövqeyinə hörmət edirik"

1 Dekabr 2016 14:17
3 Şərh     Baxış: 971

"Rusiyanın Dağlıq Qarabağ münaqişəsini həll etmək iradəsinə hörmətlə yanaşırıq".

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla keçirdiyi brifinqdə deyib.

XİN rəhbəri qeyd edib ki, tərəflər Suriya, İraq kimi problemli məsələlərin həllində də birgə hərəkət edəcək: "Bu cür əməkdaşlıq etmək tərəflər üçün çox əhəmiyyətlidir. Bizim görüşümüz görüntü xarakterli deyil. Suriyadakı vəziyyət ortadadır. Oraya humanitar yardımların çatdırılması lazımdır".

Nazir Rusiya tərəfindən Türkiyə vətəndaşlarına qarşı tətbiq edilən viza rejiminin tezliklə ləğv ediləcəyinə ümidvar olduğunu bildirib.

Milli.Az

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

3 Şərh:

  • Anonim
    Rauf · 1 Dekabr 14:4200

    Öz maraqların tapdananda heç kimi tanımarsan.Düz də edirsən, necə deyərlər,səni də istəyirəm, amma özümü səndən də cox istəyirəm

    Cavab yaz
  • Anonim
    Aqshin · 1 Dekabr 14:4600

    Rusa bel baglayan şamsız qalar .

    Cavab yaz
  • Anonim
    Анзор Магаммедов · 1 Dekabr 15:4900

    Qarabağ problemi hell olunacaq.Sadece ermeniler gelecek namine özlerini sığortalayırlar.İki suretle güclenen qardaşın arasındadılar.Türk dünyasını bolübler.Gec tez axırları yoxdu. Türkiyeyle müharibe heç kim üçün arzulanan deyil... Ermenistanın musdeqilliyin itirir,elave daireler sıradan çıxır.Mence bu bizim üçün yaxşıdı. Sebirli olaq axırı eladı.Sadece qonşuda baş verenler el-ayağa dolaşanları sıradan çxarmaq siyasetidi.Ölke yedeklenir.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.