Dünya

Sorğu: Avropa İttifaqı sürətlə populyarlığını itirir

1 Dekabr 2016 14:40
Baxış: 458
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sputnik.Rəy sorğusunun nəticələrinə görə, Avropa əhalisinin xeyli hissəsi ölkələrinin Avropa İttifaqından (Aİ) çıxması barədə referendumun keçirilməsinin tərəfdarıdır. Belə ki, İtaliyada əhalinin yarıdan çoxu (53%) belə bir referendumun keçirilməsini bəyənir.

Milli.Az bildirir ki, siyahıda daha sonra Fransa (47%), Almaniya (43%), İspaniya (39%) və Polşa (38%) gəlir. Sorğu Sputnik informasiya agentliyi və radiosu üçün Ifop şirkəti tərəfindən keçirilib.
 
Eyni zamanda, "Aİ-dən çıxmaq barədə Britaniyadakı referendumdan öz ölkənizdə keçirilməsini istərdinizmi?" sualına polşalıların 62, ispaniyalıların 61, almaniyalıların 57, fransalıların 53 və italiyalıların 47%-i "xeyr" cavabını verib. Qeyd etmək lazımdır ki, 2016-cı ilin iyul ayı* ilə müqayisədə, referendum tərəfdarlarının sayı İspaniyada 34%-dən 39%-ə, İtaliyada 46%-dən 53%-ə Polşada isə 33%-dən 38%-ə qalxıb.
 
* Ifop şırkətinin 2016-cı ilin iyuluna olan sorğusu.

Sorğu Fransanın Ifop şirkəti tərəfindən 22-26 oktyabr 2016-cı il tarixlərində keçirilib. Sorğuda Fransada, Almaniyada, İspaniyada, İtaliyada və Polşada 18 yaşından yuxarı 5019 respondent iştirak edib. Ölkə üzrə maksimal səhv göstəricisi +/- 3,1% təşkil edir.

Sputnik.Rəy layihəsi haqqında

İctimai rəyin öyrənilməsi üzrə bu beynəlxalq layihə 2015-ci ilin yanvarından start götürüb. Layihənin tərəfdaşları kimi məşhur tədqiqat şirkətləri "Populus", "Forsa" və ictimai soğu keçirən qocaman şirkətlərdən biri Ifop çıxış edir. Layihə çərçivəsində ən aktual məsələlər üzrə mütəmadi olaraq Avropa və ABŞ-da sorğular aparılır.

Sputnik (sputniknews.com) - onlarla ölkədə informasiya və multimedia bölmələri fəaliyyət göstərən xəbər agentliyi və radiodur. Sputnik 30 dildə saytları, analoq və rəqəmsal radioyayımı, mobil tətbiqləri və sosial şəbəkələrdə səhifələri özündə birləşdirir. Sputnik xəbər lentləri abunəçilər üçün gün boyu ingilis, ərəb, ispan və çin dillərində çıxır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.