Dünya

"Rusiya hərbi bazası Qırğızıstanı tərk etməlidir"

1 Dekabr 2016 12:34
1 Şərh     Baxış: 845

"Rusiya Qırğızıstanın strateji tərəfdaşı olaraq qalacaq, lakin ölkəmiz hərbi sahədə öz gücünə arxalanmalıdır".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Qırğızıstan prezidenti Almazbek Atambayev ilin yekunları üzrə mətbuat konfransında deyib.

Prezident bir neçə il əvvəl ABŞ hərbi bazasının ölkədən çıxarılmasını xatırladaraq bunu düzgün addım adlandırıb: "Həmin vaxtdan artıq beş il keçib və zaman göstərdi ki, bu, düzgün qərar olub. Qırğızıstan gələcəkdə yalnız öz gücünə arxalanmalıdır. Bu məsələ Rusiya hərbi bazasına da aiddir".

Dövlət başçısı qeyd edib ki, müqavilə müddəti başa çatandan sonra Rusiya bazası da Qırğızıstan ərazisini "tərk etməli olacaq".

A.Atambayevin sözlərinə görə, bu təklif Rusiya rəhbərliyi tərəfindən anlayışla qarşılanıb.

Milli.Az

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Анзор Магаммедов · 2 Dekabr 10:1200

    Oğulsan

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.