Dünya

Nəhayət taxta çıxdı - FOTO

1 Dekabr 2016 09:40
0 Şərh     Baxış: 982

Tailandın yeni kralı Maha Vajiralongkorn taxta çıxıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 64 yaşlı şahzadə məclisdə keçirilən mərasimlə Chakri xanədanlığının 10-cu kralı olub. O, oktyabrda dünyasını dəyişən atası Bhumibol Adulyadejin yerinə keçib. 

Şahzadə atasının ölümündən sonra taxta çıxma prosesinin təxirə salınmasını tələb etməsi ölkədə müzakirələrə səbəb olmuşdu.

Kralın oğlu ilk dəfə 2009-cu ildə həyat yoldaşı ilə Münhenə səfəri zamanı imici ilə dünya mediasının manşetlərində yer almışdı. Beldən aşağı şalvar, top kofta və döymələri ilə sosial şəbəkələrdə qızğın müzakirələrə səbəb olan Maha 3 dəfə evli olub və 7 uşaq atasıdır.

Bundan başqa, WikiLeaks 2011-ci ildə varisin səhhətinin ürəkaçan olmadığını, QİÇS-dən əziyyət çəkdiyini yazmışdı. WikiLeaks, eyni zamanda Mahanın psixi durumunun da qaydasında olmadığını iddia etmişdi.

"Life" saytının yazdığına görə, onun haqqında yayılan şayiələrdən biri də narkotik istifadəçilərinin sevimli məkanı olan Pxanqan adasının sahibi olması ilə bağlıdır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.