Dünya

Futbolçuların öldüyü təyyarə qəzasının səbəbi bəlli oldu - FOTO

1 Dekabr 2016 09:44
6 Şərh     Baxış: 3 402

Braziliyanın "Şapekoense" klubunun futbolçularını daşıyan təyyarənin qəzaya düşməsindən əvvəl pilotla qüllə arasında gedən danışıqların bir qismi ortaya çıxıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, səs qeydlərində boliviyalı pilot Migel Alexandro Quirioga qəzadan əvvəl qüllə ilə əlaqə yaradaq eniş üçün təcili icazə istəyib.

Qüllə "Eniş üçün təcili icazə istəyirik, yanacağımız qurtarır" deyən pilotdan vəziyyəti yenidən təsdiq etməsini istəyib. Pilot bu dəfə daha həyəcanlı səslə yanacağın bitdiyini və elektriklərin tamamilə kəsildiyini bildirib. Qüllə isə radarda görünmədiklərini bildirərək marşrutu soruşub.  

Mətbuatda yayılan xəbər görə, hadisə baş verən zaman "Viva Colombiya"ya aid başqa bir təyyarə də təcili eniş üçün icazə istəyib.

Hazırda qəzayla bağlı istintaq davam edir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

6 Şərh:

  • Anonim
    Queen · 1 Dekabr 09:5321

    Can can:(( Allah rehmet elesin. Allah butun samalyotla ucanlara komek olsun...

    Cavab yaz
  • Anonim
    Esko · 1 Dekabr 10:0431

    Allah rehmet elesin gözə görünməyən ağıla gəlməyən bəlalardan Allahıma sığınıram. ..Əraf surəsi ayə 204 Qur'an oxunduğu zaman onu dinləyin və susun ki Allahın rəhmətinə və lütfünə şamil olasınız . 205 Öz qəlbində yalvarma və qorxuyla səsini ucaltmadan hər səhər və axşam Allahını yad et və qafillərdən olma Allahı bir an belə unutma.

    Cavab yaz
  • Anonim
    a · 1 Dekabr 10:3902

    yeqin yanacaga qenaet etmek isteyibler,lazimdir,qiymetler qalxir axi

    Cavab yaz
    • Anonim
      ... · 1 Dekabr 11:2510

      Zarafatın yeri deyil.

      Cavab yaz
  • Anonim
    QQ · 1 Dekabr 11:1410

    Belke o cur kritik veziyyetde hec qulleyle danismaga vaxt serf elemek lazim deyildi .Futbolcularin ve ozlerinin heyatlarini xilas elemek ucun tecili enis ucun ,,SOS"verib en yaxin mumkun bir yere qeza enisi etmek lazim idi .Tecrubeli pilot veziyyetin ne yerde oldugunu ani olaraq deqiqlesdire bilmeliydi .Cox heyif cavan usaqlar bir anin icinde helak oldular .

    Cavab yaz
  • Anonim
    Hfg · 1 Dekabr 12:0200

    Yanacaqsiz teyyare havaya qalxar,bele sey olar,dehset. Yaziq oldu cavan oglanlar,Allah rehmet elesin

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.