Dünya

OPEC-in yeni prezidenti bilindi

1 Dekabr 2016 08:38
0 Şərh     Baxış: 2 010
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2017-ci ildə Neft ixrac edən ölkələrin təşkilatına (OPEC) Səudiyyə Ərəbistanının energetika naziri Xalid əl-Falih rəhbərlik edəcək.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu təşkilatın hazırı rəhbəri, Qətərin energetika və sənaye naziri Məhəmməd bin Saleh əs-Sada bəyan edib.
 
"OPEC-in növbəti prezidenti Xalid əl-Falih olacaq", deyə əs-Sada bildirib.
 
Xatırladaq ki, ötən gün OPEC-ə üzv ölkələr neft hasilatının azaldılması ilə bağlı razılıq əldə edib.
 
Razılığa əsasən, OPEC ölkələri hasilatı sutkalıq 1,2 mln. barrel azaldacaq. Bununla da sutkalıq neft hasilatı 32,5 mln. barrelə qədər enəcək.
 
Neft hasilatının azaldılmasına dair razılıq 2017-ci il, yanvarın 1-dən qüvvəyə minəcək. Razılaşma altı ay müddətinə,  bir ilə qədər uzadılması mümkünlüyü ilə imzalanıb. OPEC-in növbəti iclası mayın 25-də Vyanada keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.