Dünya

Məşhur reper xəstəxanaya yerləşdirildi - FOTO

22 Noyabr 2016 09:38
0 Şərh     Baxış: 5 612
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Amerikalı rep ifaçısı Kanye Uest konsert turunun ləğvi xəbərindən sonra Los-Anceles şəhərində (Kaliforniya ştatı) xəstəxanaya yerləşdirilib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə NBC teleşirkəti məlumat yayıb.
Məlumata görə, musiqiçi bir müddət əvvəl nümayişkaranə şəkildə amerikalı müğənni Beyons, ifaçı Cey-Zinin ünvanına aşkar tənqidlə çıxış edib, eyni zamanda ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampı dəstəklədiyini bildirib. Bundan az sonra Uestin nümayəndələri bildiriblər ki, onun ölkədə planlaşdırılan silsilə konsertləri baş tutmayacaq.

TMZ portalının məlumatına görə, müğənninin planları onun axır vaxtlar son dərəcə gərgin olması və bir sıra layihələr üzərində iş zamanı stress keçirməsi ilə əlaqədar dəyişdirilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.