Dünya

Türkiyə ŞOKda: məşhur aktyorun anbarından 5 milyonluq oğurluq mal çıxdı

7 Noyabr 2016 18:06
6 Şərh     Baxış: 15 789
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin məşhur aktyoru Yağmur Atacanın anbarına qoyulan "Ortopro Tibbi Alətlər" şirkətinə məxsus 5 milyon lirə dəyərindəki malın oğurluq olduğu məlum olub.

Milli.Az Milliyet-ə istinadən bildirir ki, şirkət tibbi vəsitələrin istehsalını və idxalını həyata keçirir. Sözügedən şirkət "Plus Ortopedik" adlı bir firmayla istehsal edilən malların satışı və bazarda dövriyyəsi məsələsi ilə bağlı razılıq əldə edibmiş. Razılaşmaya əsasən, "Ortopro Tibbi Alətlər" şirkətinin səlahiyyətlisi 5 milyon lirə dəyərində malı "Plus Ortopedik" firmasına təhvil verib. Sonradan "Ortopro" firmasının yeyintiyə yol verdiyi məlum olub. Aldanıldığının fərqinə varan şirkət müqaviləni ləğv edərək "Plus Ortopedik"dən mallarını geri qaytarmağı tələb edib. 

İddiaya görə, "Plus Ortopedik"in səlahiyyətlisi Ənvər Gözəl malları aradan çıxardaraq bir anbarda gizlədib. "Ortopro Tibbi Alətlər" şirkətinin şikayəti əsasında başladılan istintaq sonrası malların Beykozdakı anbarda gizlədildiyi məlum olub.

Anbar sahibinin isə məşhur aktyor Yağmur Atacan olduğu müəyyənləşib.

Şahid qismində ifadə verən Atacan malların anbara Tolga Yalçınkaya tərəfindən gətirildiyini, həyat yoldaşı olduğu üçün hər hansı bir sənəd və müqavilə imzalamadıqlarını da qeyd edib. İcra edilən istintaqın davamında Ənvər Gözəl və Tolqa Yalçınkaya haqqında iddia açılıb. 

Təhməz Təkin

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.