Dünya

Ukraynalı milyarderi dindirdilər

31 Yanvar 2015 19:28
0 Şərh     Baxış: 724
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Ukraynanın Baş Prokurorluğu Regionlar Partiyasından olan sabiq deputat, milyarder Renat Əhmədovu istintaqa cəlb edib.

Milli.Az musavat.com-a istinadən bildirir ki, bu barədə baş prokuror Vitali Yarema mediaya məlumat berib.

Baş prokuror bildirib ki, R.Əhmədov Donbasda terrorizmin maliyyələşdirilməsində şübhəli bilinir.

Bundan başqa, milyarder Əhmədovun Maydan işi üzrə də dindirildiyini bildirən Yarema əlavə edib ki, Donbasda milyarderin şaxtasında çalışan fəhlələrin Ukrayna dövlətinə qarşı vuruşduqları və onlara müəssisədən maaş ödənildiyi barədə məlumatlar var: "Bildiyimə görə, Renat Əhmədovun müəssiələri Ukraynada qeydiyyatdadırlar və vergi ödəyirlər. Bununla yanaşı, onun fəhlələri əllərinə silah götürüb Ukrayna dövlətinə qarşı vuruşursa və buna görə ona maaş ödənilirsə, biz təhqiqat aparmalıyıq".

Ukrayna mediası milyarderin istintaqının 6 saat sürdüyünü yazıb.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.