Dünya

4 oğru qız həbs olundu

31 Yanvar 2015 21:57
0 Şərh     Baxış: 1 357
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Abc11.news" bildirir ki, silahlı oğurluğa görə şübhəli bilinən 4 nəfər gənc qız həbs olunub. Polis bildirib ki, 21 yaşlı Contel Dominiqo və onunla birlikdə daha 3 qız odlu silahdan istifadə edərək əkiz bacılara hücum ediblər. Onları oğurluq məqsədi ilə silah altında saxlayıblar. Hadisə Şimali Karolina ştatın paytaxtı Roli şəhərinin şimal Təpələri deyilən yerində qeydə alınıb. Əkiz bacılar dərsdən çıxdıqdan sonra belə bir olayla üzləşib.

Milli.az musavat.com-a istinadən bildirir ki, hadisənin qurbanı olan qızlar qaçaraq özlərini qonşuluqdakı evə çatdiriblar və oradan polisə zəng vurublar. Hadisə zamanı ölən və yaralanan olmayıb. 16 yaşlı Cade Paulina, 18 yaşlı İndaqo Laron və 19 yaşlı Ciqoze Vivian da hazırda həbsdədir. Onların hamısı silahlı basqın yolu ilə oğurluğa görə ittiham olunurlar.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.