Dünya

Putindən Fətullah Gülənlə bağlı AÇIQLAMA

28 Oktyabr 2016 09:32
1 Şərh     Baxış: 2 831
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəndə mənə 15 iyul qiyamının FETÖ tərəfindən həyata keçirildiyini və təşkilatın rəhbəri Fətullah Gülənin ABŞ-da yaşadığını söylədi".

Milli.Az qafqazinfo-ya istinadən bildirir ki, bu barədə "Valday" Beynəlxalq Müzakirə Klubunun Soçidə təşkil olunan toplantısında çıxış edən Rusiya prezidenti Vladimir Putin ona Fətullah Gülənlə bağlı ünvanlanmış suala cavabında bildirib.

"Hansı üsulla olursa-olsun, başqa bir ölkənin daxili siyasətinə müdaxilə qəbuledilməzdir. İstər kiber hücumlar, istərsə də ölkə daxilində olan hər hansı bir təşkilatın vasitəsilə dövləti dağıtmağa heç kimin ixtiyarı yoxdur", - deyə Putin vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.