Dünya

Daşkənddə yaşayış evi uçub, ölən və yaralananlar var

26 Oktyabr 2016 23:37
0 Şərh     Baxış: 1 005
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Özbəkistanın paytaxtı Daşkənddə tikilməkdə olan fərdi yaşayış evi uçub.

APA-nın "Sputnik-Özbəkistan" agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 3 nəfər ölüb, 2-si xəsarət alıb.
 
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları, təcili yardım briqadaları cəlb olunub.  
 
İlkin versiyaya əsasən, ev tikinti qaydalarının kobud pozulması səbəbindən uçub. Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.