Dünya

Ukraynada müharibə dayanacaqmı?

31 Yanvar 2015 21:34
0 Şərh     Baxış: 808
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukrayna tənzimləməsi üzrə üçtərəfli təmas qrupununn üzvləri Belarus paytaxtında Minsk razılaşmalarını imzalayan tərəflərlə yeni danışıqlar keçirirlər. Görüş öz işinə qapalı rejimdə başlayıb və onun rəsmi danışıqlar statusuna malik olub-olmaması naməlumdur.
 

Milli.Az BBC-yə istinadən bildirir ki, media Misnkdəki görüşdə Ukraynanın sabiq prezidenti Leonid Kuçma, Rusiyanın Ukraynadı səfiri Mixail Zurabov, ATƏT sədrinin xüsüsi nümayəndəsi Heidi Tagliavini və tanınmamış DXR və LXR nümayəndələrinin iştirak etdiyini bildirir.

Üçtərəfli təmas qrupu Ukrayna şərqindəki münaqişənin tənzimləməsi üzrə yeni sənəd hazırlayıb və onun imzalanmasına ümid edir, ATƏT-ə istinadən BELTA agentliyi bildirir.
 

ATƏT yekun sənədin 29 yanvarda hazırlandığını bildirir.
 

Sənəd gərginliyin azaldılmasına yönələn atəşkəs və ağır silahların təmas xəttindən geri çəkiməsi kimi konkret addımları nəzərdə tutur.

Cümə günü Ukrayna separatçılarının nümayəndəsi danışıqların pozulmasında Kiyevi ittiham edib.

Denis Puşilin deyib ki, danışıqların nəticəsiz başa çatması təqdirində sabiq Donetsk və Luhansk vilayətlərinin " tam azad olunmasınadək" hücumları davam etdirmək haqqını özündə saxlayır.
 

Danışıqlar barədə xəbər Ukraynanın şərqində döyüşlərin qızışmasına təsadüf edib. Tərəflər bir-birlərini vəziyyətin eskalasiyasında ittiham edirlər.

Bazar ertəsi Rusiya prezidenti Vladimir Putin deyib ki, Kiyev dinc tənzimləmə yolu ilə getmək istəmir və atəşkəsi yalnız qüvvələrin yenidən qruplaşması üçün istifadə edir.
 

Yanvarın 27-də Ukrayna parlamenti özünün növbədənkənar sessiyasında Rusiyanı təcavüzkar ölkə tanıyan bəyanatını təsdiqləyib.

Kiyev və Qərb Rusiyanı Ukrayna şərqindəki separatçıları dəstəkləməkdə ittiham edirlər. Moskva bu ittihamları rədd edir.

Şənbə gününə olan məlumatlara görə Donetsk bölgəsində hərbi qarşıdurma 3 yerli sakinin ölümünə bais olub və 7 mülki xəsarət alıb, Ukrayna Daxili İşlər Nazirliyi bildirir.
 

Onlardan iki nəfər Debatlsevo sakindir. Son günlər Kiyev və rusiyapərəst qüvvələr arasında Debaltsevo və Uqleqorsk şəhərləri ətrafında döyüşlər şiddətlənib.
 

"Humanitar yardım"
 

Rusiyanın Fövqəladə Hallar Nazirliyi Ukraynanın Donetsk və Luhansk bölgələrinə 170 abtomobildən ibarət karvanla humanitar yardımın çatdırıldığını bəyan edib.

Moskva yük karvanda ərzaq, inşaat materialları, tibbi ləvazimat və dərman kimi humanitar yardımın olduğunu bildirir.

Kiyev "razılaşdırılmamış şəkildə" göndərilən humanitar yardıma etiraz edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.