Dünya

Xanım deputatın hamamda videosunu çəkdilər... - ŞANTAJ

26 Oktyabr 2016 16:48
8 Şərh     Baxış: 8 395
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə FETÖ üzvləri bir qadın millət vəkilinin hamamda videosunu çəkib.

Milli.Az publika.az-a istinadən bildirir ki, bu barədə Türkiyənin ətraf mühit və arxitektura naziri Mehmet Özhaseki deyib.

Onun sözlərinə görə, FETÖ üzvləri hər kəsi dinləyiblər, onların dediklərini etməyənlərin videolarını çəkiblər.

"Bir xanım millət vəkili mənə dedi ki, onun hamamda olarkən videosunu çəkiblər. Həmin millət vəkili parlamentdə bunlara toxunan fikirlər səsləndirib. Bundan sonra ona videokasset göndəriblər. Hamamda çimərkən videosu çəkilib", - deyə o bildirib.
Lakin o, həmin millət vəkilinin adını açıqlamayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.