Dünya

Messenger üçün çoxdan gözlənilən YENİLİK

25 Oktyabr 2016 11:33
0 Şərh     Baxış: 1 591
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Facebook" şirkəti Windows 10 üçün olan Messenger-ə çoxdan gözlənilən yenilənməni təqdim edib.

Milli.Az technote.az-a istinadən bildirir ki, artıq Windows 10 istifadəçiləri Messenger vasitəsilə audio və video zənglər edə biləcəklər. Sözügedən funksiya çoxdan iOS və Android platformalarında mövcuddur. Lakin indi bütün Windows 10 dəstəkli cihazlar üçün də aktiv olub. Zəng etmək üçün onlayn olan lazımi şəxsin istifadəçiyə klikləyərək zəng növündən asılı olaraq kamera və ya mikrofon ikonlarına klikləməlisiniz. Zənglər internet üzərindən olduğu üçün yaxşı keyfiyyət baxımından yüksək sürətli internetin olması vacibdir. Şirkətin verdiyi məlumata əsasən onlar yenilənməni təzə təqdim etdikləri üçün bir çoxları hələki bu funksiyadan yararlana bilməyəcəklər. Lakin yaxın müddət ərzində sözügedən funksiya hamı üçün aktiv olacaq. Bundan əlavə olaraq şirkət həmdə Windows Phone üçün də Messenger yenilənməsini təqdim edib. Bu yenilənmədədə video zənglər aktivdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.