Dünya

Pakistan-Hindistan sərhədində atışma: ölənlər var

24 Oktyabr 2016 12:36
0 Şərh     Baxış: 704
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Pakistan ordusunun yaydığı məlumata görə Hindistanla sərhədin Kəşmir istiqamətində baş vermiş atışma nəticəsində iki nəfər həlak olub, yeddi nəfər isə yaralanıb.

Məlumatda deyilir ki, son günlər Hindistan tərəfdən Pakistanın yaşayış məntəqələri müntəzəm olaraq atəşə tutulur.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Hindistan tərəfinin yaydığı məlumata görə isə Pakistan sərhədçilərinin açdığı atəş nəticəsində iki nəfər həlak olub.

Xatırladırıq ki, bu il sentyabrın 29-da Pakistan-Hindistan sərhədində baş vermiş qarşıdurmadan sonra bu ölkələrin sərhədində müntəzəm olaraq atəş səsləri eşidilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.