Dünya

Futbolçular meydanı tərk etdilər - Oyun yarımçıq qaldı - VİDEO

24 Oktyabr 2016 12:29
0 Şərh     Baxış: 1 477
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Futbol üzrə Türkiyə çempionatının 1-ci liqası çərçivəsində keçirilən "Göztəpə" - "Eskişehirspor" komandaları arasındakı qarşılaşma zamanı qalmaqal yaşanıb.

Milli.Az atv.az-a istinadən bildirir ki, 90-cı dəqiqədə meydan sahibləri 2-1 hesabı ilə irəli keçib. Qonaq komandanın baş məşqçisi Alpay Özalan qol zamanı qayda pozuntusunun olduğunu irəli sürərək hakimə etiraz edib. Lakin etirazlar nəticəsiz qalıb. Qolun qeydə alınmasından sonra baş məşqçi futbolçularının meydandan çıxmasını tələb edib. Qonaq komandanın meydanı tərk etməsindən sonra baş hakim tətil elan edib.

Türkiyə Futbol Federasiyası yarıda qalan oyun barəsində qərarını bu həftə verəcək.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Futbolçular meydanı tərk etdi - Matç yarımçıq dayandı

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.