Dünya

Ruhaninin ABŞ prezidentliyinə namizədlərə MÜNASİBƏTİ

23 Oktyabr 2016 17:34
3 Şərh     Baxış: 1 720
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İran prezidenti Həsən Ruhani ABŞ prezidentliyinə namizədlərə münasibətini açıqlayıb.

APA-nın TASSA agentliyinə istinadən verdiyi məlumata görə, H.Ruhani deyib ki, Donald TrampHillari Klinton arasında seçim etmək pis və daha pis arasında seçim etməkdir.

D.Tramp və H.Klinton arasında debatlara münasibət bildirən H.Ruhani qeyd edib ki, 200 ildir ki, demokratiyanın olduğu ABŞ-da əxlaq çatışmır: "Prezidentliyə namizədlərin debatını müşahidə etməklə buna əmin olmaq olar. Biz onların bir-birinə istehzalarını və bir-birini ələ saldıqlarını görürük. Belə görünür ki, bu, amerikasayağı demokratiyadır. İran üçün belə demokratiya və seçki məqbul deyil. Bir müddət əvvəl BMT Baş Assambleyasının sessiyasında ölkələrdən birinin lideri məndən soruşdu ki, ABŞ-da prezidentliyə namizədlərdən hansına üstünlük verirsiniz. Mən də dedim ki, pis və daha pis arasında seçim etmək çətindir".

Qeyd edək ki, noyabrın 8-də ABŞ-da prezident seçkiləri keçiriləcək. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.