Dünya

İraqın baş nazirindən Türkiyə AÇIQLAMASI: "Bu, iraqlıların edəcəyi bir işdir"

23 Oktyabr 2016 15:57
1 Şərh     Baxış: 1 165
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünən rəsmi Ankara ilə danışıqlar aparan Pentaqon təmsilçisi Eş Karter Bağdadda İraqın baş naziri Heydər İbadi ilə görüşüb.

Musavat.com "NTV"-yə istinadən xəbər verir ki, gündəmdə Türkiyənin Mosuldakı əməliyyatlara qatılmaq məsələsi də olub.

Görüşdən sonra brifinq keçirən H.İbadı bunları deyib:"Türkiyənin əməliyyata qatılmaq istədiyini bilirəm. Onlara təşəkkür edirəm. Bu, iraqlıların edəcəyi bir işdir. Mosulu və digər bölgələri iraqlılar azad edəcək".

H.İbadi onu da bildirib ki, əgər köməyə ehtiyac olsa, bu zaman Türkiyə və digər ölkələrdən yardım istəyəcəklər.
Qeyd edək ki, daha öncə Pentaqon rəsmisi E.Karter Türkiyə və İraq arasında Mosul əməliyyatı ilə bağlı razılıq əldə edildiyini bəyan etmişdi.

Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.