Dünya

Cinayətkar qrup bir qəsəbəni talan etdi

23 Oktyabr 2016 12:56
1 Şərh     Baxış: 900
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Meksikada cinayətkar qrup qəsəbəni qəsb edərək onu bir neçə saat ərzində talayıblar.

Report-un məlumatına görə, bu barədə "Excelsior" portalı xəbər yayıb.
Portalın məlumatında bildirilir ki, hadisə İdalqo ştatı ərazisində baş verib. Belə ki, 20-ə yaxın quldur San-Xuaniko qəsəbəsini tutublar. İlkin məlumata görə, onlar əvvəlcə körpünü dağıdaraq qəsəbənin ətraf aləmlə əlaqəsini kəsiblər.

Sonra cinayətkarlar sakinləri qorxutmaq üçün havaya atəş açıblar. Bu səbəbdən də sakinlər qaçmağa və gizlənməyə başlayıblar.
Quldurlar daha sonra bir neçə evi talayıblar və xeyli sayda iri buynuzlu mal-qaranı oğurlayıblar. Hakimiyyət orqanları bu cinayətdən yalnız sakinlər məlumat verdikdə xəbər tutublar.

Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.