Dünya

İstefada olan hərbçi özünü, avtomobilini partlatdı, 3 uşaq yaralandı - YENİLƏNİB

23 Oktyabr 2016 16:42
0 Şərh     Baxış: 2 039
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

16:42

Bu gün səhər Yaponiyada törədilən partlayışların təfərrüatları məlum olub.

Milli.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, Yaponiya Özünümüdafiə Qüvvələrinin istefada olan əməkdaşı Tosikatsu Kurixara Utsunomiya şəhərində parkda bayram tədbiri keçirilərkən üzərindəki partlayıcı qurğunu işə salıb.

Partlayış samuray paltarı geyinmiş uşaqların şəhərin mərkəzindəki parka yaxınlaşan zaman baş verib. Partlayış nəticəsində biri uşaq olmaqla, üç nəfər yaralanıb. T.Kurixaranın cəsədi isə tanınmaz hala düşüb, 72 yaşlı hərbçini yalnız dişindən müəyyən etmək mümkün olub. T.Kurixaranın paltarından bir məktub tapılıb. O, həyatdan bezdiyini yazıb.

Eyni vaxtda parkdan 200 metr kənarda yerləşən dayanacaqda bir avtomobildə də partlayış baş verib. Polis avtomobilin T.Kurixaraya məxsus olduğunu müəyyənləşdirib. T. Kurixaranın evi də bu gün tamamilə yanıb.

Polis araşdırma aparır. 

----------

09:18

Bu gün Yaponiyanın Utsunomiya şəhərində törədilən silsilə partlayışlar nəticəsində ən azı 1 nəfər ölüb, 3 nəfər yaralanıb.Yaralılardan birinin durumu ağırdır. 

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Yaponiya polisi açıqlayıb.

Utsunomiya şəhəri xarici turistlərin ən çox üz tutduğu məkanlardan biridir. 

Partlayışlardan biri avtomobil dayanacağı yaxınlığında baş verib. Hadisə yerində yanğınsöndürənlər və hüquq-mühafizə orqanlarının əməkdaşları çalışır. Hələ ki, hadisənin təfərrüatları barədə ətraflı məlumat verilmir. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.