Dünya

"Qalatasaray"ın sabiq futbolçusu ÖLDÜRÜLDÜ - FOTO

22 Oktyabr 2016 11:12
1 Şərh     Baxış: 2 394
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir müddət "Qalatasaray"ın B komandasında forma geyinən Burhan Yıldız dünən baş verən silahlı hücum nəticəsində öldürülüb.

Milli.Az milliyet-ə istinadən xəbər verir ki, dünən 15:45 (Türkiyə vaxtı ilə) radələrində "Bəylikdüzü" metro stansiyasında silahlı hücum nəticəsində həyatını itirib.

TƏFƏRRÜAT

"Bəylikdüzü" metro stansiyası yaxınlığındakı kafedə mübahisə edən iki naməlum şəxs arasında yaranan dava çöldə davam edib. Həmin vaxt dayanacaqda olan Burhan şəxslərdən birinin əlindəki silahla onun başına atəş açması nəticəsində ağır yaralanıb.

Xəstəxanaya çatdırılan futbolçunun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, gənc futbolçunun son klubu "Silivrispor" klubu olub.

Təhməz Təkin

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.