Dünya

Rusiya hərbi gəmiləri Suriyaya üzür - VİDEO - FOTO

22 Oktyabr 2016 10:20
1 Şərh     Baxış: 1 312
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya Hərbi-Dəniz Qüvvələrinin Şimal donanmasındakı "Admiral Kuznetsov" ağır təyyarədaşıyan gəmisinin rəhbərlik etdiyi qrup La-Manş boğazından keçib.

Milli.Az BBC News-a istinadən bildirir ki, "Admiral Kuznetsov"u "Pyotr Velikiy" ağır atom raket kreyseri, "Severemorsk" və "Vitse-admiral Kulakov" sualtı qayıq əleyhinə gəmilər, habelə təminat gəmiləri müşayiət edirlər.

Qrupu bir neçə atom sualtı qayıq da qoruyur.

Rusiyanın Severemorsk şəhərindən oktyabrın 15-də yola çıxmış qrup Aralıq dənizinin şərqinə, Suriya sahillərinə doğru hərəkət edir.

30 il əvvəl tikilən, uzunluğu 305 metr, eni 72 metr olan "Admiral Kuznetsov" 55 min ton su tutumuna malikdir. 2282 nəfər heyəti olan gəmi 55 təyyarə və helikopter daşıyır.

Qərb mediasının "paslı tas" adlandırdığı "Admiral Kuznetsov"u Britaniya sahillərinə yaxın arealda Kral Hərbi-Dəniz Qüvvələrinin "HMS Duncan" və "HMS Richmond" hərbi gəmiləri nəzarət altında saxlayaraq müşayiət ediblər.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Rusiya hərbi gəmiləri Suriyaya üzür

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.