Dünya

Kamerunda qatar qəzası: ölənlərin sayı 55-ə çatıb

22 Oktyabr 2016 08:23
0 Şərh     Baxış: 515
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kamerunda sərnişin qatarının qəzaya uğraması nəticəsində ölənlərin sayı 55 nəfərə çatıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, 575 nəfər müxtəlif dərəcəli xəsarət alıb, 14 nəfərin dağıntılar altında qaldığı bildirilir.
 
Bundan əvvəl 53 nəfərin öldüyü, 300-dək insanın yaralandığı bildirilirdi.
 
Qəza ötən gün paytaxt Yaunde şəhərindən 120 km aralıda baş verib.
Qatar paytaxt Yaunde şəhərindən ölkənin iqtisadi mərkəzi olan Duala şəhərinə yollanırmış.
 Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.