Dünya

Rusiyada helikopter qəzası: 19 nəfər ölüb - FOTO

22 Oktyabr 2016 08:18
1 Şərh     Baxış: 2 203
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Yamal yarımadasında helikopter qəzaya uğrayıb.

Trend-in "RİA Novosti"-yə istinadən verdiyi məlumata görə, qəza nəticəsində 19 nəfər ölüb, 3 nəfər ağır yaralanıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, insident Yamal-Nenetsk Muxtar Dairəsinin ərazisində baş verib.

Mİ-8 tipli helikopterin qəzaya uğramasının səbəbləri hələlik məlum deyil.
 
"Qəzanın baş verdiyi yer aşkarlanıb. İlkin məlumata görə, 19 nəfər ölüb, 3 nəfər sağ qalıb.  Hadisə yerinə xilasedicilər cəlb edilib. Helikopterin "qara qutusu"  axtarılır", Rusiya FHN-dəki mənbə bildirib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.