Dünya

Bu uşaq iki dəfə doğuldu - FOTO

21 Oktyabr 2016 19:47
12 Şərh     Baxış: 4 702
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-da həkimlər müayinə zamanı ana bətnində olan körpənin büzdüm (quyruq) sümüyündə təxmini bədəni böyüklüyündə bir şiş olduğunu müəyyən ediblər.

Milli.Az "Sputnik News"-a istinadən xəbər verir ki, şişi getdikcə inkişaf edən 16 həftəlik körpəni həkimlər ana bətnindən çıxarmağı məsləhət biliblər. Ailənin də razılığı ilə Texas Uşaq Xəstəxanasında uşağı ana bətnindən çıxararaq 5 saatlıq əməliyyatın ardından şiş götürüldükdən sonra, həkimlər onu yenidən ana bətninə yerləşdiriblər.

Təhməz Təkin
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.